Müəllif:Ayşən İmanova/Banco.az
Alman avtomobil istehsalçısı “Volkswagen” 87 illik tarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarını bağlamaq və işçilərini ixtisar etmək niyyətində olduğunu açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, şirkət rəhbərliyi ən azı bir avtomobil istehsalı, bir də ehtiyat hissələri istehsalı zavodunun bağlanmasını təklif edir.
Nəşrin məlumatına görə, elektrikli avtomobillərə qlobal keçid və istehlak xərclərinin azalması fonunda “Volkswagen”in gəlirləri sürətlə azalır.
Hazırda şirkətdə 673 000 işçi çalışır. Rəhbərlik yaxın illərdə 110 minə qədər işçini ixtisar etmək niyyətindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!