Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin avqust ayında orta gündəlik xam neft hasilatının 489 min barel səviyyəsində olduğunu bildirib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu ilin iyul ayında sutkalıq neft hasilatı isə 488 min barel təşkil edib. İyunda da həmçinin bu göstərici 480 min barelə bərabər olub.
Qeyd edilib ki, birinci rübdə ölkədə gündəlik ortalama neft hasilatı 477 min barel, ikinci rübdə isə 474 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!