“Namizədlərə geri dönüş edilməməsi təkcə HR-ın günahı deyil” | Banco.az

“Namizədlərə geri dönüş edilməməsi təkcə HR-ın günahı deyil”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Namizədlərin ikinci ən çox narahat edən məqamlardan biri də müsahibənin nəticəsi barədə geri dönüş edilməməsidir.

Banco.az xəbər verir ki, bu barədə açıqlama verən İnsan Resursları üzrə mütəxəssis  Aysel Əliyeva bildirib ki, eyni mütəxəssisin həm kadr kargüzarlığı, həm də işə qəbul işini görməsini dəstəkləmir.

“Bəzi şirkətlərdə az saylı komandayla fəaliyyət göstərən HR-ın öhdəliyini çox iş düşür və HR nümayəndələri administrativ işlərin yanında işə qəbul prosesini də aparır. HR-ın bir neçə funksiyası var və onlardan biri də işə qəbuldur. (Hiring,Recruiting).

Ən sərfəli kredit üçün müraciət et

HR-dan asılı olmayan səbəblərdən qərar vermə anı  gecikə bilər. Namizədlə razılıq əldə olunmaması səbəbindən ən uyğun namizəd "top candidate" itirilə bilər.

 Bu halda artıq komanda uyğun gələn digər namizədlər dəyərləndirir.
Düşünürəm ki, HR mütəxəssisləri resurs çatışmazlığı yaşayırlarsa,  əgər konkret vaxta qədər cavab olmasa, başqa namizədlə davam etmək qərarına gəlsələr bu barədə namizədə məlumat verməlidirlər”.

Ekspert onu da qeyd edib ki,  şirkətlərin də bu məsələnin qəlizləşməsində rolu danılmazdır.

“Nə qədər ki, bu sahədə çalışan mütəxəssislər bilik və bacarıqlarını inkişaf etdirməyəcək və namizədlərlə empatiya qurmayacaqlar, təəssüf ki, bu belə davam edəcək”,- deyə ekspert bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et