Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15,6 mlrd. manatı ötüb | Banco.az

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15,6 mlrd. manatı ötüb

İndiyədək Azərbaycanda 100.637 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verib.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15,6 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyard manatdan, yaxud 10,2 faizdən çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram