Müəllif:Ayşən İmanova/Banco.az
Avropalı avtomobil istehsalçıları elektrikli avtomobillərin satışlarının azalması səbəbindən 15 milyard avroya qədər cərimələnə bilər.
Banco.az xəbər verir ki, bu barədə Fransanın “Renault Group” şirkətinin icraçı direktoru Luka de Meo “France Inter” radiosunun efirində bildirib.
Onun sözlərinə görə, elektrik avtomobillərinin satışı indiki səviyyədə qalsa, Avropa sənayesi 15 milyard avro cərimə ödəməli və 2,5 milyon ədəddən çox daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istehsalından imtina etməli olacaq.
Məlumata görə, Avropada elektriklə işləyən avtomobillərin satışı avqustda ötən ilin eyni ayı ilə müqayisədə 10,8% azalaraq ümumi satışların cəmi 12,5%-ni təşkil edib.
Qeyd edilib ki, tələbatın azalmasına səbəb onların alınması üçün dövlət subsidiyalarının davam etdirilməsi ilə bağlı qeyri-müəyyənlik və elektrikli avtomobillərin qiymətlərinin çox yüksək olmasıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!