Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla” Çin və Avropada tam avtonom idarəetməyə start verməyi planlaşdırır.
Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil nəhəngi “Tesla” səlahiyyətli orqanlar tərəfindən təsdiqlənərsə, gələn ilin birinci rübündə Çin və Avropada Tam Avtonom Sürüş (FSD) texnologiyası adlanan qabaqcıl sürücüyə dəstək sistemini işə salmağı planlaşdırır.
“Tesla AI”nin rəsmi “X” hesabı cümə axşamı gələcək texnologiya təqdimatlarını əks etdirən bir yol xəritəsi dərc edib.
Satışları artırmaq və analoji sürücüyə yardım sistemləri üzərində işləyən çinli rəqiblərini qabaqlamaq üçün yeni texnologiyalar üzərində çalışan şirkət hazırda regional hakimiyyət orqanlarından icazə almaq mərhələsindədir.
Qeyd edək ki, “Tesla” məlumat təhlükəsizliyi qiymətləndirmələrindən keçdikdən və texnologiya nəhəngi “Baidu” ilə xəritələşdirmə və naviqasiya razılaşmasına çatdıqdan sonra Çin bazarı üçün təsdiq əldə etmək yolunda böyük irəliləyiş əldə edib. Həmçinin bildirilib ki, şirkət Şanxay küçələrində FSD texnologiyasını sınaqdan keçirmək üçün icazə alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!