Azərbaycana avtomobillər, əsasən, 7 ölkədən idxal edilir | Banco.az

Azərbaycana avtomobillər, əsasən, 7 ölkədən idxal edilir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana avtomobillər, əsasən, 7 ölkədən idxal edilir.

Banco.az xəbər verir ki, bu, ölkənin ən böyük banklarından biri olan ABB-nin avtomobil bazarı ilə bağlı hesabatında qeyd edilib.

Məlumata görə, bu ölkələr Çin, Almaniya, Yaponiya, Rusiya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ-dir.

Hesabatda qeyd edilib ki, 2023-cü ildə Çin və Koreya avtomobillərinin idxalı kəskin şəkildə artıb.

Bu ölkələr Azərbaycana əsas avtomobil ixracatçılarıdır və onların cəmi ixracı dövr ərzində olan ümumi avtomobil ixracının 80%-dən çoxunu təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətlərə gəldikdə isə əsas ixracatçılar arasında Birləşmiş Krallıq avtomobillərinin qiyməti ən yüksəkdir. Belə ki, Krallıqdan əsasən lüks avtomobillər idxal olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et