Zəngin ailələrin sərvəti 2030-cu ilə qədər 9,5 trln. dollara yüksələcək | Banco.az

Zəngin ailələrin sərvəti 2030-cu ilə qədər 9,5 trln. dollara yüksələcək

Müəllif: Ayşən İmanova, Banco.az

Fövqəlzəngin ailələrin sərvəti 2030-cu ilə qədər 73% artaraq, ailə ofisləri tərəfindən idarə olunan hazırkı 5,5 trilyon dollardan 9,5 trilyon dollara qədər artacaq.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” “Deloitte” konsaltinq şirkətinin hesabatına istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, ailə aktivlərini idarə edən ailə ofisləri ölçüsünə görə hedcinq fondlarına çatır. Zənginlər üçün investisiya firmalarının sayının eyni dövrdə üçdə bir artaraq 10 720-yə çatması gözlənilir.

Bildirilib ki, “Deloitte” hesabatında qeyd olunan ailə ofislərində 2 milyard dollarlıq aktivləri idarə edən orta hesabla 15 işçi var.

Qeyd edək ki, ötən ilin dekabrında dünyanın ən zəngin ailələri reytinqində ilk dəfə Əbu-Dabinin iqtidarında olan şeyxlər və əmirlər sülaləsi Əl Nəhyan 305 milyard dollar sərvətlə birinci olub.

Ən sərfəli kredit üçün müraciət et

İkinci yerdə dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi “Walmart”ın sahibi olan Uolton ailəsi (ardıcıl olaraq dörd il reytinqə başçılıq edib) qərarlaşıb. Onun sərvəti 259,7 milyard dollar qiymətləndirilib.

İlk üçlüyü Fransanın “Hermes” moda evinin sahibləri olan Herme ailəsi (150,9 milyard dollar) tamamlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et