Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son vaxtlar insanlar əllərindəki pulları daha çox dollara çevirərək saxlamağa üstünlük verirlər.
Bəziləri isə əllərindəki pulu ya daşınmaz əmlak sahəsinə, ya da qiymətli metal alışına qoyaraq gələcək üçün faydalı investisiya yatırımı edirlər.
Son bir-iki il ərzində neftin qiymətinin tez-tez dəyişməsi fonunda həm daşınmaz əmlak, həm də qızılın qiymətində qeyri-sabitlik müşahidə olunur. Ona görə, gələcəkdə də qiymətlərin hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaq heç də asan deyil. Lakin unutmamaq lazımdır ki, daşınmaz əmlakla müqayisədə qızılın qiyməti daha qısa müddətdə dəyişə bilir.
Banco.az pulu etibarlı saxlamaq məqsədinizə və risk təmsilatınıza uyğun bir neçə strategiyanı təqdim edir:
Bank əmanətləri – Aşağı riskli, likviddir, lakin faiz dərəcələri aşağı ola bilər.
Səhmlər və fondlar – Daha yüksək gəlir əldə etmə potensialı, lakin risk də artır.
Qızıl və qiymətli metallar – İqtisadi qeyri-müəyyənlik dövründə təhlükəsiz investisiya.
Kriptovalyutalar – Yüksək risk və dəyişkənlik, lakin potensial gəlir böyükdür.
İqtisadçı ekspert Fuad İbrahimov düşünür ki, bu məsələyə kompleks yanaşmaq lazımdır:
“Pulu saxlamaq üçün ən etibarlı yer hələki banklardır. Çünki banklar əmanətləri sığortalamaqla bərabər əlavə faiz də ödəyir. Bu həm də təhlükəsizlik üçün də zəmanət sayıla bilər. Əgər vətəndaş özünə məxsus hər hansı bir məlumatları verməsə, texniki cəhətdən kartdan pul çəkilməsi mümkün deyil”.