Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Co Bayden Yaponiyanın “Nippon Steel” şirkətinin “U.S Steel Corp”u 14,1 milyard dollara almaq təklifini təsdiqləməyə bilər.
Banco.az xəbər verir ki, mənbələrin məlumatına görə, ABŞ prezidenti Co Bayden Yaponiyanın ən böyük polad istehsalçısı “Nippon Steel”in “U.S Steel Corp”u satın almasını rədd etməyə hazırlaşır.
Bildirilir ki, Bayden ABŞ şirkətlərinə xarici investisiyaları araşdıran bir panel olan ABŞ-da Xarici İnvestisiya Komitəsi (CFIUS) təklif edilən razılaşmanı nəzərdən keçirdikdən sonra müqaviləni ləğv etməyi planlaşdırır. Məsələ ilə bağlı qərarın bu həftə veriləcəyi deyilir.
Xəbərdən sonra ABŞ polad istehsalçısı “U.S. Steel”in səhmləri 24 faiz ucuzlaşıb.
Qeyd edək ki, razılaşmanın qarşısını almaq üçün istənilən addımlar məhkəmə çəkişməsinə səbəb ola bilər. Mənbələrdən biri bildirib ki, “Nippon Steel”in könüllü olaraq müqavilədən çıxmağı planlaşdırdığına dair heç bir əlamət yoxdur.
Xatırladaq ki, Bayden daha əvvəl də satın almanın əleyhinə olduğunu bildirmiş və “"U.S. Steel bir əsrdən artıqdır ki, məşhur Amerika polad şirkətidir və onun yerli mülkiyyətdə olan və idarə olunan Amerika polad şirkəti olaraq qalması çox vacibdir”, deyə ifadə etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!