Yeni Zelandiya turist vergisini 3 dəfə artıracaq | Banco.az

Yeni Zelandiya turist vergisini 3 dəfə artıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Oktyabrın 1-dən etibarən xarici turistlər üçün Yeni Zelandiyaya giriş haqqı  üç dəfə artırılacaq.

Banco.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Yeni Zelandiyanın turizm naziri Mett Dusi beynəlxalq ziyarətçilər üçün ödənişin 100 Yeni Zelandiya dollarına (təxminən 62 dollar) qədər artacağını bildirib. Hazırda turist vergisi cəmi 35 Yeni Zelandiya dolları təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Hökumət turist vergisindən əlavə gəliri ucqar ərazilərdə infrastrukturun inkişafı və ətraf mühitin mühafizəsi üçün istifadə etməyi planlaşdırır.

Bildirilir ki, Yeni Zelandiyanın turizm sənayesi hazırda ildə 13 milyard Yeni Zelandiya dollarından (8 milyard dollar) çox qiymətləndirilir. Son bir ildə ölkəyə 3,2 milyona yaxın əcnəbi səfər edib.

Qeyd olunub ki, vizaların qiyməti də 341 Yeni Zelandiya dollarına  (təxminən 210 dollar) qədər artırılacaq.