8 ayda Azərbaycandan ən çox uçuşlar Rusiya istiqamətində olub | Banco.az

8 ayda Azərbaycandan ən çox uçuşlar Rusiya istiqamətində olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20.4% daha çox (17 769) aviareys təşkil olunub.

Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, cari ilin 8 ayında ölkədən ən çox reys Rusiya (5 134) istiqamətində olub.

İkinci yerdə Türkiyə (4 004), üçüncü yerdə isə 2 034 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya təşkil edilmiş reyslərin sayı 4 544, Türkiyəyə 3 794, Birləşmiş Ərəb Əmirliklərinə isə 1 552 olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et