Müəllif:Ayşən İmanova/Banco.az
Böyük Britaniyanın neft və qaz şirkəti “Shell” neft-qaz kəşfiyyatı və işlənməsi bölmələrində işçi qüvvəsini 20% azaltmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” şirkətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qərar şirkətin baş direktoru Vael Savan tərəfindən başladılan genişləndirilmiş xərclərin azaldılması proqramının bir hissəsidir.
Bildirilir ki, “Shell”in “Upstream” kimi tanınan neft və qaz hasilatı bölməsi 2023-cü ildə şirkətin 28,25 milyard dollar düzəliş edilmiş mənfəətinin üçdə birindən çoxunu təmin edib.
“Shell” nümayəndəsinin sözlərinə görə, şirkət "məhsuldarlığa, nizam-intizam və biznesin sadələşdirilməsinə diqqət yetirərək daha az emissiya ilə daha çox dəyər yaratmağa" çalışır.
Qeyd edilib ki, şirkət 2025-ci ilin sonuna qədər struktur əməliyyat xərclərini 2-3 milyard dollar azaltmağı planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!