“TikTok”un sahibi Asiya üçün rekord məbləğdə kredit götürəcək | Banco.az

“TikTok”un sahibi Asiya üçün rekord məbləğdə kredit götürəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“TikTok” sosial şəbəkəsinin sahibi olan Çinin “ByteDance” şirkəti 9,5 milyard dollar dəyərində üç illik bank krediti cəlb etmək niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, təsdiq olunarsa, bu, Asiyada (Yaponiya istisna olmaqla) ABŞ valyutasında ən böyük korporativ kredit olacaq.

Prosesinin koordinatorları “Citigroup”, “Goldman Sachs” və “JPMorgan”dır. Lazım gələrsə, kredit müddəti beş ilə qədər uzadıla bilər.

Şirkət bu vəsaiti 2021-ci ildə götürdüyü 5 milyard dollarlıq krediti yenidən maliyyələşdirmək, həmçinin dövriyyə kapitalını artırmaq üçün istifadə etmək niyyətindədir.

Qeyd olunur ki,  ilin birinci yarısında Yaponiya istisna olmaqla, Asiya ölkələrində dollar kreditlərinin həcmi 44% azalaraq 45,5 milyard dollar təşkil edib ki, bu da 2010-cu ildən bəri ən aşağı səviyyədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et