Müəllif: Tamara Mustafayeva, Banco.az
Yanvar-iyul dövründə İspaniyaya gələn turistlərin sayı 53 milyon 370 min olub.
Banco.az xəbər verir ki, İspaniya Milli Statistika İnstitutundan (INE) verilən açıqlamada ölkəyə 2024-cü ilin yanvar-iyul dövründə əvvəlki ilin eyni dövrünə nəzərən 12 faiz artımla 53 milyon 370 min turist gəldiyi bildirilib.
Açıqlamada təkcə iyul ayında İspaniyaya 10 milyon 900 min turistin gəldiyinə dair məlumat verilib.
Ölkənin turizm gəlirinin 7 ayda 71 milyard avronu keçdiyi qeyd olunan açıqlamada 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz artım olduğu vurğulanıb.
Açıqlamada bildirilib ki, sözügedən məlumatların əvvəlki illərlə müqayisə edildiyi zaman rekordun qırıldığı görünür.
Qeyd edək ki, 2023-cü ildə İspaniyaya gələn turistlərin sayı ilk dəfə 85 milyonu keçmişdi ki, ilin sonuna qədər bu rəqəmin üstələnməsi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!