Braziliyada “X” platformasından istifadəyə görə 9 min dollar cərimə tətbiq edilib | Banco.az

Braziliyada “X” platformasından istifadəyə görə 9 min dollar cərimə tətbiq edilib

Müəllif:Ayşən İmanova/Banco.az

Braziliyanın Federal Ali Məhkəməsinin hakimi Aleksandr de Morays, məhkəmənin fəaliyyətini dayandırmaq qərarına baxmayaraq, "texnoloji hiylələrdən" və “X” sosial şəbəkəsindən istifadə etməyə davam edən şəxslər və şirkətlər üçün gündəlik 50 min real (təxminən 9 min dollar) cərimə kəsilməsinə qərar verib.

Banco.az xəbər verir ki, bu barədə Braziliyanın Federal Ali Məhkəməsinin rəsmi internet saytında məlumat yerləşdirilib.

Qərara əsasən, Braziliya Milli Telekommunikasiya Agentliyinin (Anatel) prezidenti Karlos Manuel Bayqorri sosial şəbəkənin “fəaliyyətinin dayandırılmasını təmin etmək üçün bütün tədbirləri görməlidir”.

 "Anatel" artıq məhkəmə qərarına əməl etdiyini açıqlayıb.

Məhkəmənin hökmü həmçinin “Apple” və “Google” şirkətlərini [X Brasil] tətbiqinin “iOS” və “Android” sistemlərində istifadəsini əngəlləmək, həmçinin onlayn mağazalarından silmək üçün tədbirlər görməyə çağırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et