“Apple” “OpenAI”yə investisiya qoymaq üçün danışıqlar aparır | Banco.az

“Apple” “OpenAI”yə investisiya qoymaq üçün danışıqlar aparır

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın texnologiya nəhəngi “Apple” süni intellekt sahəsindəki yenilikləri ilə tanınan “OpenAI”yə mümkün investisiyalar barədə danışıqlar aparır.

Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunur ki, bu, süni intellekt şirkətinin daha əvvəl 100 milyard dollar dəyərində kapital toplamaq üçün danışıqlar elan etdiyi vaxta təsadüf edir.

Ən sərfəli kredit üçün müraciət et

Nəşrin məlumatına görə, “OpenAI”yə investisiyalar “Apple”ın süni intellekt sahəsində çalışan digər şirkətlərlə münasibətlərdə neytral tərəfdaş statusunu saxlamaq səylərini çətinləşdirə bilər.

Bundan əlavə, vençur kapitalı firması “Thrive Capital” və “Microsoft” “OpenAI”yə investisiya qoymaq niyyətindədirlər. Ümumi sərmayə bir neçə milyard dollar həcmində qiymətləndirilir.

Ən sərfəli krediti almaq üçün müraciət et