Mastercard və Tibbi Turizm Assosiasiyası sərhədlərarası tibbi ödənişlərdə yeni mərhələ üçün tərəfdaşlığa başlayır | Banco.az

Mastercard və Tibbi Turizm Assosiasiyası sərhədlərarası tibbi ödənişlərdə yeni mərhələ üçün tərəfdaşlığa başlayır

Tibbi Turizm Assosiasiyası tibbi turizm sektorunda rahatlığı, çevikliyi və etibarlılığı artırmaq üçün Mastercard ödəniş imkanlarını ehtiva edən universal platforma təqdim etməyə hazırlaşır.

Tibbi məqsədlərlə səfər edən turistlər arasında qlobal səhiyyə xidmətlərinə daha asan çıxış üçün artan tələbata cavab olaraq, Mastercard və Tibbi Turizm Assosiasiyası (MTA) dünya üzrə xəstələr və tibbi xidmət təminatçıları üçün bütün səhiyyə təcrübəsini modernləşdirməyə yönəlmiş unikal tərəfdaşlıq elan edib. MTA Mastercard-ın kommersiya kartı texnologiyasından maksimum yararlanaraq müalicələri koordinasiya etməklə yanaşı, tibbi xidmət təminatçıları ilə sürətli və təhlükəsiz ödəniş prosesini asanlaşdırmaq üçün öz xidmətlərini genişləndirəcək.

Bu təşəbbüs maliyyə şəffaflığını məhdudlaşıran və xaricdə müalicə axtaran şəxslər üçün daha az ödəniş imkanları təqdim edən nağd və elektron ödənişlərdan ənənəvi olaraq asılı olan tibbi turizm sənayesi üçün əlamətdar hadisədir. Bu yaxınlarda aparılmış Tibbi Turizm Xəstə Sorğusuna görə, dünya üzrə xəstələrin yarıdan çoxu beynəlxalq ödənişlərlə bağlı narahatlıqlarını ifadə edərək gizli ödənişlər, valyuta məzənnəsi problemləri və daha yüksək fırıldaqçılıq riskləri fonunda təkmilləşdirilmiş ödəniş sisteminə ehtiyacı dilə gətirib.

“Qlobal texnologiya lideri olaraq biz, müxtəlif sənayelər üzrə ağrılı məqamları həll etmək və insanlar və müəssisələr arasında pul axımını asanlaşdırmaq üçün davamlı olaraq yeniliklər edirik. Texnologiyalarımızı inteqrasiya etməklə biz, daha geniş miqyasda daha təhlükəsiz və daha sürətli ödəniş təcrübələrində öncüllük edirik və bu əməkdaşlıq səhiyyə ekosistemini yenidən formalaşdırmaq üçün Mastercard kartlarının faydalarını daha da genişləndirməyə imkan verir”, deyə Mastercard-ın Kommersiya Həlləri üzrə qlobal rəhbəri Çad Uolles deyib.

Xəstələr tezliklə üstünlük verdiyi ödəniş metodundan istifadə edərək müalicələrini bron edə və ödəniş edə biləcəklər, prosesin yerdə qalan hissəsini isə MTA Mastercard-ın kart texnologiyasından istifadə etməklə idarə edəcək. Ödəniş başlandıqdan və təsdiqləndikdən sonra MTA-nın bank tərəfdaşı birbaşa səhiyyə xidməti təminatçısına ödəniş etmək üçün Mastercard kartı təqdim edəcək. Kartların tətbiqi xidmət təminatçılarına gücləndirilmiş təhlükəsizlik, daha güclü nəzarət və daha səmərəli mühasibat uzlaşması üçün real vaxtda pul köçürmə məlumatları da daxil olmaqla çoxsaylı üstünlüklər təklif edir.

Səhiyyə ödənişləri ilə bağlı problemlərin həllini sürətləndirmək məqsədilə MTA tibbi və səyahət xidmətlərini bir araya gətirmək üçün Mastercard-ın ödəniş imkanları ilə inteqrasiya olunmuş yeni istifadəçi yönümlü platforma olan “Better by MTA”-nı hazırlayır. Bu platforma tibbi məqsədlərlə səfər edən turistlərə ödəniş və planlaşdırma prosedurlarından tutmuş səyahət, nəqliyyat və yerləşdirmə yerlərini sifariş etməyə kimi səyahətlərinin hər bir aspektini vahid platformada idarə etməyə imkan verəcək. "Better by MTA" səyahət qərarlarını sadələşdirmək, ödəniş prosesini asanlaşdırmaq və istifadəçilərə tibbi xidmət variantlarını asanlıqla müqayisə etmək, həmçinin çoxsaylı sifariş alətlərini tibbi səyahət ehtiyacları üçün qüsursuz, universal təcrübə ilə əvəz etmək üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

"Təxminən iyirmi ildir ki, xəstələri etibarlı, akkreditə olunmuş tibbi xidmət təminatçılarının qlobal şəbəkəsi ilə birləşdirərək, əlverişli, şəffaf və yüksək keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsində aparıcı rol oynayırıq. İnteqrasiya edilmiş Mastercard ödəniş imkanları və xidmətləri ilə vahid interfeysin yaradılması keyfiyyətli səhiyyə xidmətini sərhədlər boyu təhlükəsiz və əlçatan etmək missiyamıza doğru mühüm addımdır”, deyə Tibbi Turizm Assosiasiyasının sədri və həmtəsisçisi Conatan Edelheyt qeyd edib,

Mastercard və MTA ilkin olaraq bu yeni ödəniş imkanlarını bir neçə tibb xidmət təminatçı üçün təqdim etməyi, 2024-cü ilin sonuna qədər isə dünya üzrə daha çox xidmət təminatçısı üçün əlçatan etməyi planlaşdırır.

Maraqlı araşdırma nəticələri:

- Tibbi məqsədlərlə səfər edən turistlərin təxminən 97,2%-i qərarlarında “etibar”ı vacib və ya prioritet amil hesab edir.

- Respondentlərin 71%-i səhiyyə xidmətinin beynəlxalq səviyyədə tanınmış akkreditasiyasının olub-olmadığını təsdiqləyərək, bu cür akkreditasiyaların pasiyentlərin inamına və qərar qəbul etməsi üzərində mühüm təsirə malik olduğunu vurğulayır.

- Respondentlərin 53,8%-i müalicədən sonra təkrar xidmətlə bağlı narahatlığını bildirib. Bu, ilkin tibbi müdaxilədən sonra xəstəyə qulluğun davam etdirilməsinin vacibliyini önə çəkir.

- Qərarların qəbulu prosesində maliyyə şəffaflığı və təhlükəsizliyi vacib amildir: respondentlərin 34,6%-i gizli və ya əlavə xərclərdən, 26,9%-i isə beynəlxalq ödəniş saxtakarlığından narahatdır.

- Tibbi məqsədlərlə səfər edən potensial turistlərin 28,1%-i ödənişlərin təhlükəsizliyindən narahatdır, 21,3%-i isə vəsaitlərin köçürülməsində böyük çətinliklərlə üzləşdiyini bildirir.

Ən sərfəli krediti almaq üçün müraciət et