“Nokia” mobil şəbəkə avadanlığı biznesini satmağı planlaşdırır | Banco.az

“Nokia” mobil şəbəkə avadanlığı biznesini satmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Finlandiyanın “Nokia Oyj” şirkəti mobil rabitə şəbəkələri üçün avadanlıqlar sahəsində biznes bölməsinin satışı variantlarını müzakirə edir.

Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Bölmə bütün dünya üzrə mobil operatorları baza stansiyaları, radio texnologiyaları və serverlərlə təchiz edir. Ötən il o, “Nokia”nın ümumi gəlirinin təxminən 44%-ni təşkil edib. Bölmənin dəyəri 10 milyard dollar qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Nəşr qeyd edir ki, Fin şirkəti illərdir “Huawei” kimi daha böyük rəqiblərlə mübarizə aparan mobil şəbəkə biznesi üçün məsləhətçilərlə potensial variantları müzakirə edir.

Mənbələrin məlumatına görə, “Samsung”əvvəllər Finlandiya şirkətinin aktivlərinin bir hissəsini almaqda maraqlı olduğunu açıqlayıb. “Nokia” hələ ki, bölmənin gələcəyi ilə bağlı qərar verməyib, lakin onu satmaq planlarını açıqlasa, digər rəqiblər də buna maraq göstərə bilər.

Qeyd edək ki, “Nokia” səhmləri cümə axşamı ticarətin bağlanışında 5,1% bahalaşıb. Bu ilin əvvəlindən onların dəyəri 30,4% artıb.

Ən sərfəli krediti almaq üçün müraciət et