Avropanın bu şirkəti 4 günlük iş həftəsi tətbiq etdi: Nəticə gözlənilməz oldu | Banco.az

Avropanın bu şirkəti 4 günlük iş həftəsi tətbiq etdi: Nəticə gözlənilməz oldu

Müəllif:Ayşən İmanova/Banco.az

Lüksemburqun nəqliyyat xidmətləri şirkəti “Flibco” 4 günlük iş həftəsinə keçdikdən sonra satışlarda və işçilərin məhsuldarlığında əhəmiyyətli artımlar olduğunu bildirib.

Banco.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, bu ilin birinci yarısında şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50%, işçilərin məhsuldarlığı isə 69% artıb.

Ən sərfəli kredit üçün müraciət et

İş həftəsinin qısaldılması qərarını 2023-cü ildə maaşların səviyyəsini dəyişdirmədən dördgünlük iş həftəsinə keçmək üçün pilot layihəyə start verən şirkətin baş direktoru Tobias Stüber verib.

“Bütün əməkdaşlarımız öz sahəsində mütəxəssisdir və daimi nəzarətə ehtiyac yoxdur. Onlara daha çox azadlıq və daha çox məsuliyyətlə inam vermək hər kəsin xeyrinə olacaq”, - deyə baş direktor bildirib.

Onun sözlərinə görə, dördgünlük iş həftəsinə keçiddən sonra işçilər şəxsi həyatlarına daha çox vaxt ayıraraq daha xoşbəxt olublar. İş vaxtının qısaldılması xəstə günlərin sayının da azalmasına səbəb olub.

Ən sərfəli krediti almaq üçün müraciət et