ABŞ iqtisadiyyatı ikinci rübdə gözləniləndən çox artıb | Banco.az

ABŞ iqtisadiyyatı ikinci rübdə gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatı 2024-cü ilin ikinci rübündə 3,0 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi 2024-cü ilin aprel-iyun dövrü üzrə Ümumi Daxili Məhsulun (ÜDM) ikinci oxunuş məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ilin ikinci rübündə ABŞ-da ÜDM illik müqayisədə 3,0 faiz artıb. Bazar proqnozları iqtisadiyyatın ikinci rübdə 2,8 faiz artacağına işarə edirdi.

Xatırladaq ki, ölkənin ÜDM-i ilə bağlı açıqlanan ilkin məlumatlarda ikinci rübdə iqtisadiyyatın 2,8 faiz artdığı qeyd edilmişdi.

Digər tərəfdən, iqtisadiyyatın əsas böyümə mühərriki olan şəxsi xərclər əvvəlki 2,3 faiz olan proqnozla müqayisədə 2,9 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlara görə, ABŞ-da baza şəxsi istehlak xərcləri (PCE) ikinci rübdə proqnozlardan aşağı olmaqla 2,8 faiz artıb. Birinci oxunuşda 2,9 faiz artım göstərilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et