“Berkshire Hathaway”in kapitallaşması ilk dəfə olaraq 1 trilyon dolları keçdi | Banco.az

“Berkshire Hathaway”in kapitallaşması ilk dəfə olaraq 1 trilyon dolları keçdi

Müəllif:Ayşən İmanova/Banco.az

Uorren Baffetin sahibi olduğu “Berkshire Hathaway” investisiya fondu ABŞ-də bazar dəyəri 1 trilyon dolları keçən ilk qeyri-texnoloji şirkət oldu.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, “Berkshire”ın bazar dəyəri ilin əvvəlindən 218 milyard dollar artaraq 993 milyard dollar olub.

Bu il şirkətin A kateqoriyalı səhmlərinin qiyməti 27,4%, B kateqoriyalı səhmlərinin qiyməti isə 29,2% bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

“MarketWatch” qeyd edir ki, “Berkshire” dünyada kapitallaşması indiyə qədər 1 trilyon dollara çatan doqquzuncu şirkət ola bilər.

Digər səkkiz şirkətin hamısı “Möhtəşəm Yeddilik” (Magnificent Seven) adlanan qrupun üzvləridir - “Nvidia”(3,12 trilyon dollar), “Microsoft”(3,06 trilyon dollar), “Apple”(3,47 trilyon dollar), “Amazon”(1,8 trilyon dollar), “Meta Platforms”(1,3 trilyon dollar), “Alphabet”(2,02 trilyon dollar), “Tesla”, həmçinin Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” (1,793 trilyon dollar).

Qeyd edək ki, “Tesla” (665,7 milyard dollar) bu şirkətlər arasında hazırda bazar dəyəri 1 trilyon dollardan az olan yeganə şirkətdir.

Ən sərfəli krediti almaq üçün müraciət et