“AzInTelecom”da - YENİ TƏYİNAT | Banco.az

“AzInTelecom”da - YENİ TƏYİNAT

Banco.az-ın əldə məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-də yeni təyinat olub.

Belə ki, SİMA məhsulları üzrə baş məhsul sahibi Tamerlan Məşədihəsənli "AzInTelecom" MMC-də Məhsul və Xidmətlər Şöbəsinin müdiri təyin olunub.

T.Məşədihəsənli buna qədər qeyd olunan şöbənin tərkibindəki İdentifikasiya və təhlükəsizlik bölməsinin rəhbəri idi.

SİMA yeni nəsil rəqəmsal imzanın yaradılmasında müstəsna xidmətləri olan Tamerlan Məşədihəsənli, eyni zamanda, gənc alim statusuna malikdir.

Tamerlan Məşhədihəsənli Azərbaycanda 30 yaşına qədər doktorluq dissertasiyasını müdafiə edən gənc alim hesab olunur.

Türkiyənin İstanbul Universitetində ingilis dilində “İqtisadi artımın stimullaşdırılmasında informasiya və kommunikasiya texnologiyalarının rolunun təhlili: OECD ölkələri üzrə tədqiqat” dissertasiya mövzusunu uğurla müdafiə edən 27 yaşlı T.Məşədihəsənli 2003-2019-cu illər üzrə 35 ölkənin İKT sektorundakı məlumatlarını təhlil edərək iqtisadi artıma təsirini araşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram