Dollar bu tarixdən “dirilə” bilər | Banco.az

Dollar bu tarixdən “dirilə” bilər

Müəlif:Gülbəniz Hüseynli/Banco.az

Son günlər manatın avroya qarşı dəyər itirməsi xaricdən gətirilən malların qiymətinə təsir edəcəyi düşüncəsini yaradıb.

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki,  dollar ucuzlaşanda manat da ucuzlaşır. 

Ən sərfəli kredit üçün müraciət et

“Avronun manata qarşı dəyər qazanmasının səbəbi dolların ucuzlaşmasıdır.
Əgər ABŞ dolları ucuzlaşırsa, manata da bu təsir edir, əks halda dollar bahalaşırsa, manat da dəyər qazanır.  Son günlər dollar həm də digər valyutalara qarşı ucuzlaşıb. Hazırda dollar təkcə avroya görə yox, digər valyutlara qarşı da ucuzlaşır. Qeyd edim ki, sentyabrda FED faiz dərəcələrini aşağı endirməyə başlayacaq və bununla da ucuz pul siyasətinə start veriləcək”