Azərbaycanın Aİ ölkələrinə ixracı 9 mlrd. dolları ötüb | Banco.az

Azərbaycanın Aİ ölkələrinə ixracı 9 mlrd. dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 9 milyard 340 milyon 291 min dollarlıq məhsul ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyard 363 milyon 962 min ABŞ dolları (31,8%) azdır.  

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Aİ ölkələrindən idxal isə 1 milyard 538 milyon 647 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2023-cü ilin 7 ayına nisbətdə 239 milyon 316 min dollar və ya 13,5% azdır. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 13,7 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,8 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram