"YouTube" və "Spotify" artıq podkastlara qulaq asmaq üçün əsas vasitələrə çevrilib | Banco.az

"YouTube" və "Spotify" artıq podkastlara qulaq asmaq üçün əsas vasitələrə çevrilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Podkastlar ilk dəfə istifadəyə verildiyi zaman "Apple" əsas podkast dinləmə vasitəsi olsa da, bu yaxınlarda onu "YouTube" və "Spotify" onu əvəz edib.

Banco.az xəbər verir ki, "Apple" "iTunes"a podkastlar əlavə etdikdən sonra, demək olar ki, 20 ildir məkanda hökmranlıq edir.

Ancaq bu yaxınlarda "Cumulus Media" və "Signal Hill Insights"ın yeni araşdırmasına görə, "YouTube" və "Spotify" indi insanların podkastlara daxil olduğu ən vacib iki məkandır.

"Cumulus Media" və "Signal Hill Insights" tərəfindən aparılan sorğuya əsasən, respondentlərin 31 faizi podkastlara ilk növbədə "YouTube" vasitəsilə qulaq asır. İştirakçıların 21 faizi dinləmək üçün "Spotify"dan istifadə edir. Bununla belə, "Apple" dinləyiciləri indi podkast cəmiyyətinin yalnız 12 faizini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin iyul ayında həftəlik podkast dinləyicilərinin 29 faizi "Apple"dan, "Spotify"dan 16 faiz, "YouTube"dan isə 15 faiz istifadə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et