“Xiaomi” üç dəfə qatlanan smartfon üzərində işləyir | Banco.az

“Xiaomi” üç dəfə qatlanan smartfon üzərində işləyir

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin “Xiaomi” şirkəti üç dəfə qatlanan elastik ekranlı smartfon üzərində işləyir.

Banco.az xəbər verir ki, bu barədə şirkət daxilindəki mənbələrə istinadən “GSMArena” məlumat yayıb.

Məlumata görə, yeni smartfon “Mix” xəttinin bir hissəsi olacaq. Cihazın 2025-ci ilin fevralında illik Mobil Dünya Konqresində (MWC) təqdim ediləcəyi və digər istehsalçıların oxşar modelləri ilə rəqabət aparacağı gözlənilir.

Şirkət, çox güman ki, “HyperOS 2.0” əməliyyat sistemindən, eləcə də “Leica”ilə əməkdaşlıqda hazırlanmış kameradan istifadə edəcək ki, bu da yüksək keyfiyyətli fotoşəkillər deməkdir.

Qeyd edək ki, “Xiaomi” artıq bir neçə qatlanan smartfon modelini təklif edib. Məsələn, keçən ay debüt edən “Mix Fold 4”, şirkətin dördüncü nəsil üfüqi qatlanan cihazıdır. Bundan əlavə, “Mix Fold 4” ilə birlikdə təqdim edilən “Mix Flip”, ilk flip tipli qatlana bilən telefondur. Bu qurğular artıq şirkətin innovasiyalara sadiqliyini nümayiş etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et