Dünyada kriptovalyuta milyonerlərinin sayı iki dəfə artıb | Banco.az

Dünyada kriptovalyuta milyonerlərinin sayı iki dəfə artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Son bir ildə dəyəri bir milyon dollardan çox olan kriptovalyuta sahiblərinin sayı demək olar ki, iki dəfə (95 %) artaraq 172,3 min nəfərə çatıb.

Banco.az xəbər verir ki, bu barədə “Henley&Partners” konsaltinq şirkəti tərəfindən “Crypto Wealth Report” araşdırmasında deyilir.

Mütəxəssislərin hesablamalarına görə, dünyada 85 min bitkoin milyonçusu var ki, bu da bir il əvvəllə müqayisədə 111% çoxdur. 

Həmçinin, qeyd olunan vaxt ərzində dünyada 6 yeni kripto-milyarder peyda olub, onlardan beşi bitkoinlər vasitəsilə sərvət qazanıb. Hazırda onların sayı 28-ə çatıb. 100 milyon dollardan çox kriptovalyuta sahibi olanların sayı isə 79% artaraq 325-ə çatıb.

Analitiklərin sözlərinə görə, Bitcoin uzunmüddətli investorları cəlb etmək üçün dominant kriptovalyuta olaraq qalır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et