Fransız milyarder dünyanın ən zəngin üç adamı sırasına qayıtdı | Banco.az

Fransız milyarder dünyanın ən zəngin üç adamı sırasına qayıtdı

Müəllif:Ayşən İmanova/Banco.az

Fransız sahibkar, “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun sahibi Bernard Arno yenidən planetin ən zəngin 3 adamı sırasına qayıdıb.

Banco.az xəbər verir ki, bunu Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatları sübut edir.

Avqustun 27-nə olan məlumata görə, o, 201 milyard dollar sərvətlə ikinci yerdədir, cəmi iki həftə əvvəl Arnonun sərvəti 185 milyard dollar qiymətləndirilirdi və o, reytinqdə dördüncü yerdə idi.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün dünyanın ən zəngin adamı “Tesla Motors” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskdır. Amerikalı iş adamının kapitalı 239 milyard dollardır. İlk üçlüyü aktivləri 199 milyard dollar dəyərində qiymətləndirilən “Amazon”un qurucusu Ceff Bezos qapayır.

İlk 5-liyə 185 milyard dollarla “Meta” şirkətinin həmtəsisçisi Mark Zukerberq və 160 milyard dollarla “Microsoft”un yaradıcılarından biri Bill Qeyts də daxildir.

Beləliklə, Arno planetin ən zəngin beş adamı arasında yeganə qeyri-amerikalıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et