Könüllü həyat sığortası üzrə yığımlar artıb | Banco.az

Könüllü həyat sığortası üzrə yığımlar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyul aylarında könüllü həyat sığortası növlərinin hesabına 400 milyon 448 min manat sığorta haqqı yığılıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 62 milyon 141 min manat və ya 18.4% çoxdur.

Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə ötən ilin yanvar-iyul aylarına nisbətdə 127 milyon 258 min manat və ya 76.5% artaraq 293 milyon 517 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et