Müəllif:Ayşən İmanova/Banco.az
İtaliya, Sloveniya, Avstriya, Yunanıstan və Fransa üçün Avropa İttifaqı Həmrəylik Fondundan 1 milyard avrodan çox vəsait təklif olunub.
Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen "X" hesabında yazıb.
"Bu gün biz İtaliya, Sloveniya, Avstriya, Yunanıstan və Fransa üçün Aİ Həmrəylik Fondundan 1 milyard avrodan çox vəsait təklif edirik. Burada məqsəd 2023-cü ilin dağıdıcı sel fəlakətindən qurtulmaları və gələcəklərini qurmaları üçün dəstək göstərməkdir. Bu, fəaliyyətdə olan Aİ həmrəyliyidir", - o qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!