Almaniya iqtisadiyyatı ikinci rübdə daralıb | Banco.az

Almaniya iqtisadiyyatı ikinci rübdə daralıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya iqtisadiyyatı ilin ikinci rübündə investisiyaların əvvəlki rüblə müqayisədə azalması səbəbindən 0,1 faiz kiçilib.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniya iqtisadiyyatının ilin ikinci rübünü əhatə edən yekun artım məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Almaniyada mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ümumi daxili məhsul (ÜDM) ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb. Beləliklə, Destatis iyulun 30-da ilkin məlumatlarla açıqladığı 0,1 faizlik daralmanı təsdiqləyib.

Avropanın ən böyük, dünyanın isə 3-cü böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı ötən ilin son rübündə 0,4 faiz kiçilmiş, ilin ilk rübündə isə 0,2 faiz artım göstərmişdi.

Qeyd edək ki, mövsüm və təqvim təsirləri nəzərə alınmaqla ölkənin ÜDM-i ötən ilin ikinci rübü ilə müqayisədə isə artmayıb.

Rüblük əsasda nəzərdən keçirildikdə görürük ki, avadanlıq investisiyalarından, xüsusilə də maşın, cihaz və nəqliyyat vasitələrinə qoyulan sərmayələrdən ÜDM-ə mənfi töhfə olmuşdur. İkinci rübdə əvvəlki rüblə müqayisədə avadanlıq investisiyaları 4,1 faiz azalarkən, dövlət xərcləri 1 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Eyni dövrdə ev təsərrüfatlarının istehlak xərcləri isə 0,1 faiz artıb.

Xatırladaq ki, Almaniya iqtisadiyyatı üçüncü rübdə də daralacağı təqdirdə, texniki tənəzzülə girəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et