Cənubi Koreya müdafiə büdcəsini artırmağı planlaşdırır | Banco.az

Cənubi Koreya müdafiə büdcəsini artırmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Cənubi Koreyanın Müdafiə Nazirliyi 2025-ci ildə hərbi büdcəni 3,6% artıraraq 61,5 trilyon vona (təxminən 46,3 milyard dollar) çatdırmağı təklif edir.

Banco.az xəbər verir ki, bu barədə Cənubi Koreya departamenti öz saytında məlumat yayıb.

Koreya Respublikası hökuməti 2025-ci il büdcə təklifini sentyabrın 2-də Milli Assambleyaya təqdim etməyi planlaşdırır. Bu il hökumətin müdafiə xərcləri 59,4 trilyon von (44,6 milyard dollar) təşkil edib. 

Nazirlik qeyd edir ki, parlament bu təklifi təsdiq edərsə, Koreya Respublikasının müdafiə büdcəsi ilk dəfə olaraq 60 trilyon von (45,11 milyard dollar) keçəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et