Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin ilk 7 ayında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 milyon 314 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 407 min manat azdır.
Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 151 min manat təşkil edib.
Qeyd edək ki, 2023-ci ilin yanvar-iyul aylarında bu növ üzrə yığımların məbləği 3 milyon 721 min manat, ödənişlərin məbləği isə 151.8 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!