Kanada Çinin elektrik avtomobillərinə 100 faiz vergi tətbiq etməyi planlaşdırır | Banco.az

Kanada Çinin elektrik avtomobillərinə 100 faiz vergi tətbiq etməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Çinin elektrik avtomobillərinə 100 faizlik vergi tətbiq etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Kanada Çin istehsalı olan elektrik avtomobilləri, alüminium və polad idxalı üçün yeni tariflər tətbiq etməyi planlaşdırır.

Kanada hökuməti elektriklə işləyən avtomobillərə 100 faiz, polad və alüminiuma isə 25 faiz vergi qoymağı planlaşdırır.

Kanadanın baş naziri Castin Trüdonun bu qərarı Nazirlər Kabinetinin iclasında açıqlayacağı gözlənilir.

Qeyd edək ki, əsasən ABŞ ilə ticarətə əsaslanan ixracyönümlü bir iqtisadiyyat olan Kanada Bayden administrasiyasının Çinin elektrik avtomobilləri, akkumulyatorları, günəş batareyaları, polad və digər məhsullarına qarşı daha yüksək tarif səddi çəkmək üçün atdığı addımları yaxından izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Kanadanın avtomobil sənayesi ən yaxın qonşusu ilə yüksək dərəcədə inteqrasiya olunub. Ötən il 1,5 milyon ədəd olan yüngül avtomobil istehsalının böyük hissəsi ABŞ-a ixrac edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et