Bitkoin 65 min dollara qədər bahalaşıb | Banco.az

Bitkoin 65 min dollara qədər bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin təxminən 3 həftə sonra ilk dəfə olaraq 65 min dollara qədər bahalaşıb.

Banco.az xəbər verir ki, bazar dəyəri baxımından ən dəyərli kriptovalyuta olan bitkoin bu gün 1,2 faiz artımla 65 min 30 dolları sınaqdan keçirdikdən sonra 64 min dollara düşüb.

Xatırladaq ki, bitkoin ötən həftə 7,4 faiz bahalaşmaqla iyulun ortalarından bu yana ən böyük artımını qeyd etmişdi.

Ötən cümə günü Cekson Hol simpoziumunda etdiyi çıxışında FED sədri Cerom Pauel son 23 ilin ən yüksək həddində olan faiz dərəcələrini azaltmağa hazır olduqlarına dair mesajlar verib. "Bloomberg" məlumatlarına görə, Pauelin mesajı ilə spot bitkoin ETF-lərinə 252 milyon dollar daxilolma qeydə alınıb. Bu, bir aydan çox müddət ərzində ən böyük giriş hesab edilir. Beləliklə, fondlara daxilolma ardıcıl 7 gün davam edib.

Ən sərfəli kredit üçün müraciət et

Avqustun 23-də spot ethereum ETF-lərdən isə çıxış baş verib. İkinci ən dəyərli kriptovalyuta olan ethereum bu gün təxminən 1,7 faiz ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et