"Microsoft" 1985-ci ildən bəri mövcud olan faydalı bölməni "Windows"dan siləcək | Banco.az

"Microsoft" 1985-ci ildən bəri mövcud olan faydalı bölməni "Windows"dan siləcək

Müəllif:Ayşən İmanova/Banco.az

"Microsoft" sistemi konfiqurasiya etmək üçün "Parametrlər" tətbiqini saxlayaraq, "Windows 11"dən "İdarəetmə paneli"ni siləcək.

Banco.az xənər verir ki, bu barədə "Neowin" portalı məlumat yayıb.

"İdarəetmə Paneli"nin dəyişdirilməsi haqqında ilk dəfə 2011-ci ildə, "Windows 8"də sensor cihazlar üçün nəzərdə tutulmuş "FK Parametrləri" tətbiqini təqdim edəndə məlumat yayılmağa başlayıb. Buna baxmayaraq, bütün bu müddət ərzində "İdarəetmə Paneli" "Parametrlər" ilə paralel olaraq mövcud olmağa davam edirdi.

Ən sərfəli kredit üçün müraciət et

İndi jurnalistlər yeni dəstək səhifəsində “Microsoft”un “İdarəetmə Paneli”ndən “Parametrlər” bölməsinə tam keçid prosesində olduğu barədə məlumat aşkar ediblər.

"Biz daha müasir və sadələşdirilmiş interfeys təklif edən "Parametrlər" tətbiqinin xeyrinə "İdarəetmə Paneli"ni ləğv etmək prosesindəyik. “İdarəetmə Paneli” hələ də uyğunluq səbəbi ilə və köçürülməmiş bəzi parametrlərə girişi təmin etmək üçün mövcud olsa da, mümkün qədər “Parametrlər”dən istifadə etməyi tövsiyə edirik”, - tərtibatçıların bəyanatında deyilir.

Qeyd edək ki, "İdarəetmə Paneli" ilk dəfə 1985-ci ildə "Windows 1.0"ın buraxılışı ilə ortaya çıxıb. Bu bölmənin "Windows"dan tam olaraq nə vaxt silinəcəyi məlum deyil.

Ən sərfəli krediti almaq üçün müraciət et