Banklar əhaliyə 487 mln. manatdan çox depozit faizləri ödəyiblər | Banco.az

Banklar əhaliyə 487 mln. manatdan çox depozit faizləri ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 avqust tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 487.6 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 146.2 milyon manat (42.8%) çoxdur.

Xatırladaq ki, 2023-ci ilin yanvar-avqust aylarında banklar 341.4 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 660.6 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram