“Düzgün vakansiyanı tapdıqdan sonra CV göndərmək lazımdır” – Mütəxəssis | Banco.az

“Düzgün vakansiyanı tapdıqdan sonra CV göndərmək lazımdır” – Mütəxəssis

Müəllif:Ayşən İmanova/Banco.az

“İş axtaran zaman bu prosesi daha effektiv etmək üçün müəyyən edilmiş addımları izləmək məqsədəuyğundur”.

Banco.az xəbər verir ki, bunu  rəqəmsal marketinq üzrə ekspert Samir Məmmədov deyib.  Mütəxəssis hesab edir ki,  yalnız uyğun olan vakansiyaları tapdıqda, düzgün qaydada tərtib etdikdən sonra  e-poçt vasitəsilə CV-ni göndərmək lazımdır.

“ İş elanı təqdim edən veb-saytları gündəlik olaraq ardıcılı şəkildə yoxlamaq lazımdır. İşləmək istədiyiniz digər şirkətlərin rəsmi veb-saytlarında yerləşdirilən "vakansiyalar" bölməsini mütəmadi olaraq izləməliyik. İş axtaran bilməlidirlər ki, şirkətlər bir çox hallarda vakansiyaları ilkin olaraq şirkətin rəsmi səhifəsində yayımlayırlar.  Yaxşı olardı, iş axtaranlar işləmək istədikləri şirkətlərin insan resursları üzrə çalışan əməkdaşlarını "Linkedin"də izləsinlər”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd edib ki, hər kəsin maraqlarına uyğun iş tapmaq zaman və səbr tələb edir, ona görə də diqqətli olub, ruhdan düşməməkdə fayda var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram