Müəllif:Ayşən İmanova/Banco.az
Çinin ən böyük avtomobil istehsalçılarından biri olan “Geely” bu ilin birinci yarısında elektrik avtomobillərinin satışlarının artması səbəbindən xalis mənfəət və gəlirdə kəskin artım qeydə alıb.
Banco.az xəbər verir ki, yanvar-iyun aylarında şirkətin gəliri 46,6% artaraq 107,3 milyard yuana (15 milyard dollar) çatıb, xalis mənfəət isə 6,7 dəfə artaraq 10,6 milyard yuan təşkil edib.
Şirkət avtomobil satışlarını 41% artıraraq 956 minə çatdırıb. O cümlədən elektromobillərin və yeni enerji mənbələri ilə işləyən avtomobillərin satışı 2 dəfədən çox (117%) artaraq 320 minə çatıb. İxrac satışları illik müqayisədə 67% artaraq 197,4 min təşkil edib.
Şirkət rəhbərliyi cari il üçün avtomobil satış hədəfini 2 milyon avtomobilə çatdırıb və ixrac satışlarının 45% artacağını gözləyir.
Bu ilin əvvəlindən “Geely”nin kapitallaşması 8,3% azalıb, Hang Seng İndeksi isə eyni dövrdə 2% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!