Aİ sərhədlərə nəzarət etmək üçün milyonlarla avro xərcləyəcək | Banco.az

Aİ sərhədlərə nəzarət etmək üçün milyonlarla avro xərcləyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) Aİ sərhəd nəzarətini gücləndirmək üçün pilotsuz uçuş aparatları (PUA) və digər müşahidə avadanlıqlarının alınması üçün ümumilikdə 400 milyon avro dəyərində tender elan edib.

Banco.az xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.

Məlumata görə, 184 milyon avro dronlara və onların istismarı üçün lazım olan xidmətlərə, daha 19 milyon avro müşahidə cihazlarına, o cümlədən gecəgörmə cihazlarına ayrılacaq.

Frontex həmçinin eyni məqsədlər üçün ümumi dəyəri 186,5 milyon avro olan informasiya və kommunikasiya texnologiyaları (İKT) təchizatçısı axtarır.

Bundan əlavə, agentlik Bolqarıstanla birgə əməliyyatlar üçün quru sərhədlərində PUA-ların istifadəsi üzrə pilot layihəyə əlavə olaraq 3 milyon avro xərcləmək niyyətindədir.