Yaponiya müdafiə büdcəsini rekord səviyyəyə çatdıracaq | Banco.az

Yaponiya müdafiə büdcəsini rekord səviyyəyə çatdıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiya Müdafiə Nazirliyi növbəti maliyyə ili üçün (2025-ci ilin aprelindən başlayaraq) rekord büdcə sorğusu hazırlayır.

Banco.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, departament müdafiə xərclərini 8,4 trilyon yen (indiki məzənnə ilə 57,5 ​​milyard dollar) səviyyəsində təyin etmək niyyətindədir.

Bu, ölkə tarixində ən böyük müdafiə büdcəsidir. 

Bu maliyyə ili (2024-cü ilin aprel - 2025-ci il mart) bu xərc maddəsi 7,94 trilyon yen (54,3 milyard dollar) səviyyəsindədir. Beləliklə, artım təxminən 5,78% təşkil edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram