Çin Rusiya ilə ikitərəfli əməkdaşlığı gücləndirmək istəyir | Banco.az

Çin Rusiya ilə ikitərəfli əməkdaşlığı gücləndirmək istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Baş naziri Li Qianq Rusiya ilə ikitərəfli əməkdaşlığı gücləndirmək istədiklərini vurğulayıb.

Banco.az xəbər verir ki, Çinin Baş naziri Li Qianq danışıqlar aparmaq və Rusiya-Çin hökumət başçılarının 29-cu iclasında iştirak etmək üçün səfərdə olduğu Moskvada Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşüb.

İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 75 il keçdiyinə diqqət çəkən Li, "Bizim dostluğumuz möhkəm və sarsılmazdır. Çoxşaxəli əməkdaşlığımız böyük dayanıqlıq göstərir", deyə qeyd edib.

Baş nazir Rusiya ilə ikitərəfli əməkdaşlığı gücləndirmək istədiklərini vurğulayaraq, “Mürəkkəb beynəlxalq vəziyyət fonunda biz rusiyalı tərəfdaşlarımızla birlikdə daha qətiyyətli addımlar atmağa hazırıq”, sözlərindən istifadə edib.

Rusiyanın Baş naziri Mişustin də iki ölkə arasında münasibətlərin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bəyan edib. Onun sözlərinə görə, iki ölkə liderlərinin qarşılıqlı ticarət həcminin artırılması ilə bağlı tapşırığı vaxtından əvvəl yerinə yetirilib. Ötən il Rusiya və Çin arasındakı ticarət dövriyyəsi 20 trilyon rublu (təxminən 218 milyard dollar) ötüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, səfər çərçivəsində Linin Rusiya prezidenti Vladimir Putinlə görüşü və iki ölkə hökumətləri arasında müxtəlif sazişlərin imzalanması gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram