Avrozonada tikinti istehsalı artıb | Banco.az

Avrozonada tikinti istehsalı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyun ayında Avrozonada tikinti istehsalı artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) iyun ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Avrozonada tikinti istehsalı iyun ayında əvvəlki ayla müqayisədə 1,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz artıb.

Aİ-də tikinti istehsalı iyun ayında əvvəlki ayla müqayisədə 1,4 faiz artıb, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 0,1 faiz azalıb.

Aİ ölkələri arasında iyun ayında əvvəlki aya görə tikinti istehsalında ən yüksək artım 3,2 faiz ilə Portuqaliyada, 2,6 faiz ilə Rumıniyada və 1,7 faiz ilə Fransada müəyyən edilib. Ən böyük azalma isə 9,1 faiz ilə Sloveniyada, 6,4 faiz ilə Macarıstanda və 2,1 faiz ilə Polşada qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Tikinti istehsalı İspaniyada 4,8 faiz, Bolqarıstanda 2,9 faiz, Portuqaliyada 2,7 faiz artarkən, Sloveniyada 19 faiz, Çexiyada 10,2 faiz, İsveçdə 9 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram