Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtobuslarla 947 403,3 min sərnişin daşınıb.
Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 9,4% çoxdur.
Ötən ilin müvafiq dövründə avtobuslar 865 999,4 min nəfər sərnişin daşımışdı.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı ilə ümumilikdə 994 587,9 min sərnişin daşınıb. Bunun da 47 184,6 nəfəri taksi nəqliyyatının payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!