Markaların rəng strategiyaları: Məşhur loqotiplərin seçilməsindəki səbəblər | Banco.az

Markaların rəng strategiyaları: Məşhur loqotiplərin seçilməsindəki səbəblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Markaların loqolarında seçdikləri rənglər istehlakçıya hansı mesajları verir?

Banco.az xəbər verir ki, markaların loqotiplərində istifadə etdiyi rənglər onların təmsil etdiyi şirkətin insanların şüurunda yer qazanmasında böyük rol oynayır. Rənglərin gücünü bilən markalar ötürmək istədikləri mesajı rənglər vasitəsilə çatdıra bilirlər.

İllər ərzində marketinq dünyasında bu mövzuda çoxlu araşdırmalar aparılıb. Bu sahədəki araşdırmalardan biri olan Kanadadakı “Colourfast” şirkətinin apardığı araşdırmaya görə, məhsul almağa qərar verərkən 93 faiz nisbətində vizuallığın vacib sayıldığı ortaya çıxıb. Eyni araşdırmaya görə, istehlakçıların 85 faizi alış zamanı məhsulun rənginin ən həlledici xüsusiyyət olduğunu söyləyir. Bu səbəbdən də markalar korporativ rənglərini təyin edərkən təsadüfi bir rəng seçməkdənsə, mesajlarına uyğun olan rəngi qəbul edirlər.

Bəs hansı markalar hansı rənglərdən istifadə etməyə üstünlük verir? Məşhur markaların üstünlük verdiyi rəngləri araşdırıb təqdim edirik.

Qırmızı

Enerji verici, aktivləşdirici və səmimiyyət xüsusiyyətlərinə malik olan qırmızı həyəcan, şövq, hərəkət, bəzi yerlərdə isə təhlükəni ifadə edir. Bir çox markaların paketlərində və ya internet saytında bu rəngi "Sifariş" bölməsində görməyimizin səbəbi istehlakçıları motivasiya etməsidir.

Göz oxşayan olmaqla yanaşı, qırmızı güc və liderliyi də təmsil edir. Sektorunda lider olan və ən yaxşısı olduqlarına inan markalara baxdıqda qırmızı rəngdən çox istifadə etdiklərini söyləyə bilərik. Məsələn, “Netflix”, “Youtube”, “Pinterest”, “Lego”, “Adobe”, “Canon”, “CNN”, “THY” kimi brendlər korporativ rəng kimi qırmızıdan istifadə edirlər.

Sarı

Diqqəti cəlb edən isti rəng olan sarı gəncliyi və ünsiyyəti təmsil edir. Sarı da qırmızı kimi çoxlu duyğuları ehtiva edir. Belə ki, bir tərəfdən xoşbəxtlik hissi verir və yayı xatırladırsa, digər tərəfdən xəbərdarlıq mənası da ola bilər. Buna görə də sarı "Pulsuz Çatdırılma" kimi xüsusiyyətləri vurğulamağa kömək edir. Xoşbəxt həyat vəd edən “Ferrari” və “IKEA” kimi brendlər loqolarında sarı rəngə üstünlük verirlər.

Mavi

Mavi dəniz və səma ilə uyğunlaşdığı üçün əmin-amanlıq və sülhü təmsil edir. Bununla belə, mavi həm də avtoritarlığı, biliyi, arxayınçılıq və müvəffəqiyyəti oyadır. İstər qadın istər kişi olsun, bütün yaş qruplarına müraciət etdiyindən hər sektordan markalar tərəfindən istifadə oluna bilər.

Yaşıl

Marketinq və rəng psixologiyasına görə yaşıl rəng təravət, sağlamlıq və tam təbiilik imicini verir. Təbiiliyini ön plana çıxarmaq istəyən “Starbucks” və “Whole Foods” kimi qida markaları tez-tez yaşıl rəngə üstünlük verirlər.

Ən sərfəli kredit üçün müraciət et

Narıncı

Narıncı qırmızı və sarının qarışığı olduğu üçün hər iki rəngin xüsusiyyətlərini daşıyır. O, dinamizmi, yaradıcılığı, oyun və əyləncəni və sərfəliliyi təmsil edir. Hərəkətə səbəb olduğu üçün hədəf auditoriyası gənc istehlakçılar olan markalar tərəfindən tez-tez istifadə olunur.

Bənövşəyi

Bənövşəyi dinamik olmaqla yanaşı sakitləşdirici təsirə malik bir rəng kimi görünür. Bununla belə, bənövşəyi həm də tarix boyu zənginliyi təmsil etmişdir. Məsələn, 16-cı əsrdə İngiltərə kraliçası Elizabet kral ailəsindən kənar insanlara bənövşəyi paltar geyinməyi qadağan etmişdi.

Psixologiyaya görə insan ruhuna xeyirli, sakitləşdirici bir rəng olan bənövşəyi yaradıcı, uğurlu və yenilikçi xüsusiyyətlərini ön plana çıxarmaq istəyən markalar tərəfindən tez-tez istifadə edilir.

Boz

Rəng psixologiyasına görə, boz neytrallığı və tarazlığı təmsil edir. Sakit rəng olduğu üçün hər bir auditoriyaya xitab edir. Loqolarda istifadə edilən boz hörmətli, korporativ, praktik və texnoloji təəssürat yaradır.

Qara

Marka rəngi olaraq seçilən qara gücü, sadəliyi, nəcibliyi və ənənəni təmsil edir. Bununla belə, qara rəng istehlakçıya möhkəmlik və davamlılıq mesajı verir. Lüks, avtoritet və liderliyi simvolizə edən qara rəng “Chanel”, “Gucci”, “Nike”, “Adidas” və “Apple” kimi dünyaca məşhur brendlərin loqolarında rəng seçimi kimi görünür.

Çoxlu rənglər

Müxtəlifliyi öz şəxsiyyətlərində əks etdirmək istəyən brendlər çox vaxt fərqli rəng birləşmələrindən ibarət loqoları seçirlər. Bu markalar yeniliyə və texnologiyaya uyğunlaşan, zamanla ayaqlaşa bilən və lazımi yenilikləri edən brendlər kimi tanınır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram