Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin avqustun 1-i vəziyyətinə görə, 283,7 min nəfərə bərabər olub. İyul ayının əvvəlində bu göstərici 284,1 min idi.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 288,9 min nəfər olub, onlardan 5 005,2 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 760,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,5 min nəfər, qeyri-dövlət sektorunda isə 873,3 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 729,0 min nəfər çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!