Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Xalq Bankı (PBoC) bazar proqnozlarına uyğun olaraq göstərici kredit faizlərini (LPR) dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Çin Xalq Bankının (PBOC) yaydığı açıqlamaya görə, banklar avqust ayı üçün kredit faiz dərəcəsini (LPR) 1 il müddətinə 3,35%, 5 il müddətinə isə 3,85% səviyyəsində saxlayıb.
Qərar iqtisadçıların proqnozları ilə uyğunluq təşkil edib.
Xatırladaq ki, PBOC qubernatoru Pan Qonşenq ötən həftə hökumətin builki artım hədəflərinə nail olmaqda qərarlı olduğunu, lakin rəsmilərin "kəskin" tədbirlər görməkdən çəkinəcəyini söyləmişdi. Sözügedən qərar da bu balanslaşdırılmış münasibəti əks etdirib.
Qeyd edək ki, ikinci rübdə iqtisadi artımın məyusluq yaratmasında sonra, PBOC demək olar ki, bir ildən sonra ilk dəfə qısamüddətli faiz dərəcəsini aşağı salmış və banklar LPR-ləri ötən ay 10 baza bəndi azaltmışdılar.
Bizi sosial şəbəkələrdən izləyin!!