Tacikistan Çindən 41 milyon dollar alacaq | Banco.az

Tacikistan Çindən 41 milyon dollar alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Tacikistan hökuməti ölkələr arasında razılaşdırılmış müxtəlif layihələrin həyata keçirilməsi üçün Çin hökumətindən təmənnasız yardım şəklində 300 milyon yuan (təxminən 40,7 milyon dollar) alacaq.

Banco.az xəbər verir ki, bu barədə Tacikistanın Hüquqi İnformasiya Bankında dərc edilmiş saziş layihəsində deyilir.

Bildirilib ki, vəsait Çin Dövlət İnkişaf Bankı tərəfindən Tacikistan Milli Bankına yuanla köçürülməlidir.

Məlumata görə, yardım Tacikistan Respublikası hökumətinin müraciəti əsasında veriləcək və bu vəsaitlər hesabına maliyyələşdiriləcək layihələr əlavə sazişlə razılaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Sənədə əsasən, layihə Tacikistan hökuməti tərəfindən təsdiqlənib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram