Müəllif: Tamara Mustafayeva, Banco.az
“Lufthansa” aviaşirkəti Yaxın Şərq regionuna uçuşların ləğv edilməsi müddətini uzadıb.
Banco.az xəbər verir ki, alman hava yolu şirkəti "Luftansa" tərəfindən edilən açıqlamada mövcud təhlükəsizlik təhlilinə əsasən Yaxın Şərqdəki əməliyyatlarını yeniləndiyi bildirilib.
Açıqlamada Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşların avqustun 26-na qədər dayandırıldığı və ləğvlərdən təsirlənən sərnişinlərə pulsuz rezervasiya dəyişdirmə və ya ləğv etmə variantının təklif edildiyi bildirilib.
Xatırladaq ki, "Lufthansa" daha əvvəl Yaxın Şərqdəki hadisələrlə əlaqədar apardığı təhlükəsizlik təhlili çərçivəsində Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşları avqustun 21-dək ləğv etmişdi.
Qeyd edək ki, "Lufthansa" qrupuna "Eurowings", "Swiss", "Austrian Airlines" və "Brussels Airlines" kimi şirkətlər də daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!